...

Süni intellekt sosial dövlətin inkişafında əsas vasitəyə çevrilir - Adil Çalışkan

Cəmiyyət Materials 24 Oktyabr 2025 11:57 (UTC +04:00)
Süni intellekt sosial dövlətin inkişafında əsas vasitəyə çevrilir - Adil Çalışkan
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Texnologiya nə qədər güclü olsa da, əgər məqsədi insanın həyat keyfiyyətini artırmaq deyilsə, natamamdır.

Trend xəbər verir ki, bu sözləri bu gün Türkiyə Respublikasının ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda deyib.

"Bizim əsas prioritetimiz, insanı mərkəzə alan sosial dövlət anlayışımızı rəqəmsal transformasiya prosesində heç kəsi geridə qoymadan, dövrün ən müasir texnologiyalarından istifadə edərək gücləndirməkdir. Bu alətlərin başında isə şübhəsiz ki, süni intellekt dayanır.

Süni intellekt artıq yalnız texnoloji inkişaf deyil, düzgün istifadə edildikdə insan həyatını asanlaşdıran, xidmətlərin keyfiyyətini artıran və sosial ədaləti gücləndirən strateji bir vasitəyə çevrilmişdir. Eyni zamanda təqdim etdiyimiz xidmətlərin səmərəliliyini və keyfiyyətini artırmaq baxımından böyük potensiala malikdir"- deyə o əlavə edib.

Nazir müavininin sözlərinə görə, süni intellektdən istifadə etməklə sosial xidmət mütəxəssislərinin qərarvermə proseslərini gücləndirən sistemlər hazırlayırlar:

"Bu sistemlər xüsusilə mürəkkəb məlumat bazalarını analiz edərək riskləri erkən müəyyənləşdirmək və resursları daha səmərəli idarə etmək kimi sahələrdə işimizi xeyli asanlaşdırır.

Bənzər şəkildə, xəbər axınlarını izləyərək ictimai hadisələri və potensial sosial halları erkən müəyyən edən rəqəmsal izləmə vasitələri sayəsində sosial riskləri proaktiv şəkildə idarə edə bilən bir struktura keçid edirik. Bütün bu fəaliyyətlərin təməlində isə insanı mərkəzə alan, məlumatı məsuliyyətli və etik şəkildə istifadə edən bir yanaşma dayanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti