Bakı. Trend:
İstənilən arbitraj mərkəzi mütləq məhkəmə sistemi ilə sıx işləməlidir. Bunun hesabına onlar bir-birini tamamlamış olur.
Trend xəbər verir ki, bu fikirləri UNIDROIT-un keçmiş prezidenti Maria Chiara Malaguti Bakı Arbitraj Mərkəzinin açılış mərasimindəki çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, hazırda sərmayələrlə bağlı arbitraj sahəsində istlahatlar keçirilir:
“Arbitraj həm məhkəmə sistemini tamamlayır, həm də sizə seçim imkanı verir. Bir çox siyasi alətlər arbitraj mərkəzlərinin yaranmasına çalışır”.
Maria Chiara Malaguti həmçimin vurğulayıb ki, gün bir çox tikinti sahəsində olan mübahisələr arbitraj sayəsində həllini tapır.
