Bakı. Trend:
Azərbaycan Qırğız Respublikası ilə ticarət dövriyyəsinin artırılması imkanlarını müzakirə edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Bakıt Sıdıkov ilə görüşmək xoş oldu.
Ölkələrimizin strateji tərəfdaşlığının möhkəmlənməsi və iqtisadi əlaqələrinin gücləndirilməsi istiqamətində ticarət dövriyyəsinin artırılması, texnologiyalar və innovasiyalar, kənd təsərrüfatı, enerji, logistika, infrastruktur və digər sahələrdə işbirliyinin fəal dəstəklənməsini müzakirə etdik", - paylaşımda qeyd edilib.
