...

Neft Fondunun Mərkəzi Banka transfertlərinin ümumi həcmi 4 milyard manata yaxınlaşıb

İqtisadiyyat Materials 24 Oktyabr 2025 11:40 (UTC +04:00)
Neft Fondunun Mərkəzi Banka transfertlərinin ümumi həcmi 4 milyard manata yaxınlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il 30 sentyabr tarixinə ümumi 3,949 milyard manat həcmində vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankına (AMB) transfert edib.

Bu barədə Trend Dövlət Neft Fonduna istinadən xəbər verir.

Ümumilikdə, ARDNF 2025-ci il 30 sentyabr tarixinə ümumi 166,793 milyard manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.Təkcə bu ilin yanvar-sentyabr ayları ərzində isə Dövlət Neft Fondu 2025-ci il büdcəsinin icrası çərçivəsində 10,861 milyard manat vəsait dövlət büdcəsinə transfert edib.

Əlavə edək ki, bu ilin sentyabr ayının sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə (60,031 milyard ABŞ dolları) nisbətən 16,9% artaraq 70,2 milyard ABŞ dolları təşkil edib. Eyni zamanda hesabat dövründə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 13,073 milyard manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 milyard manat və ya 12,9% azdır.

Bundan başqa, cari ilin yanvar-sentyabr aylarında Fondun büdcə xərcləri 10,918 milyard manat təşkil edib ki, bu da, illik müqayisədə 1,3 milyard manat və ya 13,3% çoxdur.

ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti