Bakı. Trend:
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə
Türkiyə Respublikasının Qars vilayətində təşkil olunan üçtərəfli
"Eternity-2025" kompüter dəstəkli komanda qərargah təliminin
“Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Trend xəbər verir ki, bu barədə Müdafiə
Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər ölkələrdən olan yüksək səviyyəli qonaqlar iştirak ediblər.
Yüksək səviyyəli qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər.
Üçtərəfli "Eternity - 2025" kompüter dəstəkli komanda qərargah təliminin gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.
Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.
