...

Məhkəmələr və arbitraj ədalətin tərəfdaşlarıdır - Ali Məhkəmənin sədri

Cəmiyyət Materials 24 Oktyabr 2025 13:08 (UTC +04:00)
Məhkəmələr və arbitraj ədalətin tərəfdaşlarıdır - Ali Məhkəmənin sədri
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Məhkəmələr və arbitraj bir-birinə rəqib deyil.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, onlar ədalətin tərəfdaşlarıdır:

"Hər biri fərqli rol oynayır, lakin hər ikisi eyni mübahisələri ədalətli şəkildə həll etmək və hüquqları effektiv şəkildə qorumaq məqsədinə xidmət edir. Bir deyimdə deyildiyi kimi: “Arbitraj ədalətdən qaçış deyil, eyni məntəqəyə aparan fərqli bir yoldur".

İnam Kərimov vurğulayıb ki, arbitraj mübahisələrin ədalətlə, operativ və razılaşmalara hörmətlə həll olunmasına imkan verir:

“Bu mexanizm investorların etimadını artırır, davamlı inkişafı dəstəkləyir və beynəlxalq əməkdaşlığı təşviq edir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti