Bakı.Trend:
Arbitraj ən sivil mübahisələrin həlli formasıdır. Maraqlar toqquşanda qanun gücdən möhkəm olmalıdır. Qədim Yunanıstandan başlanaraq arbitraj daimi vərdişə çevirilib.
Trend xəbər verir ki, bu fikirləri Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel Bakı Arbitraj Mərkəzinin açılış mərasimindəki çıxışı zamanı deyib.
O qeyd edib ki, arbitraj etibar və qanunun aliliyinə əsaslanır:
“Arbitraj çeviklik, qərəzsizlik tələb edir. O, sülhün yaradıcısıdr. Arbitraj göstərir ki, münaqişələr hörmət və rəğbətlə həll oluna bilər”.
O əlavə edib ki, razılıq arbitrajın əsasını təşkil edir. Arbitraj parçalanmış dünyanı birləşdirməyə imkan verir.
