Bakı. Trend:
Bakı Arbitraj Mərkəzi yüksək beynəlxalq standartlara uyğun olaraq yaradılıb.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının üzvü, Bakı Arbitraj Mərkəzinin rəhbəri Kəmalə Mehdiyeva Bakı Arbitraj Mərkəzinin açılış mərasimindəki çıxışı zamanı deyib.
O, bildirib ki, istənilən arbitraj mərkəzi kimi buranın öz qərarları olacaq.
" Arbitraj qaydaları tərtib olunub və bu qaydalar rus, fransız, türk dillərində də tərtib olunacaq. Bəzi layihələri sizinlə paylaşmaq istərdim. Biz həmçinin Bakı Arbitraj Hüquq jurnalı tərtib etmişik. Bu, ixtisaslaşmış hüquq jurnalıdır”.
K.Mehtiyeva qeyd edib ku, jurnal ildə 2 dəfə Azərbaycan və ingilis dilllərində tərtib olunacaq.
“Həmçinin Arbitraj Mərkəzinin təlimat kitabçasını tərtib etmişik”,- mərkəz rəhbəri əlavə edib.
