Bakı. Trend:
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 25 oktyabr saat
00:00-dan etibarən Bakı Şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov
küçəsində nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər
tam məhdudlaşdırılacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, sürücülər təmir müddətində alternativ olaraq Müzəffər Nərimanov küçəsindən istifadə edə bilərlər.
