...

Əlillik qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq - Anar əliyev

Cəmiyyət Materials 24 Oktyabr 2025 10:38 (UTC +04:00)
Əlillik qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq - Anar əliyev
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Əlillik altsistemində süni intellekt əsaslı məsləhət mexanizmi də hazırlanır.

Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün”beynəlxalq konfransda deyib.

O qeyd edib ki, bu mexanizm Nəticədə həm qərarvermə prosesi sürətlənəcək, həm də obyektivlik və şəffaflıq səviyyəsi daha da artacaq.

Onun sözlərinə görə, Azərbaycanda “2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası” təsdiq edilib.

O vurğulayıb ki, süni intellekt həllərinin həmçinin məşğulluq sahəsində fərdi məşğulluq proqramlarının hazırlanmasında, reabilitasiya sahəsində isə fərdi reabilitasiya və abilitasiya proqramlarının hazırlanmasında tətbiqi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti