...

Yaponiyanın yeni baş naziri Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir

Dünya xəbərləri Materials 24 Oktyabr 2025 10:10 (UTC +04:00)
Yaponiyanın yeni baş naziri Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya hökuməti ikitərəfli münasibətlərdə mövcud çətinliklərə baxmayaraq, Rusiya ilə sülh müqaviləsi imzalamaqda qərarlıdır.

Trend xəbər verir ki, bunu Yaponiyanın yeni baş naziri Sanae Takaiçi vəzifəsinin icrasına başlaması münasibətilə parlamentdə çıxışı zamanı bildirib.

“Yaponiya və Rusiya arasındakı münasibətlər hazırda çətin bir mərhələdədir. Bununla belə, hökumətimizin siyasəti “şimal ərazilərlə” ilə bağlı məsələlərin həllinə və sülh müqaviləsinin imzalanmasına yönəlib”, - deyə o vurğulayıb.

Xatırladaq ki, Moskva və Tokio ötən əsrin ortalarından etibarən İkinci Dünya müharibəsinin nəticələrinə dair sülh müqaviləsi ilə bağlı danışıqlar aparır. Bu istiqamətdə əsas maneə Kuril adalarının cənub hissəsinin mənsubiyyəti ilə bağlı fikir ayrılıqlarıdır. Müharibədən sonra bütün arxipelaq SSRİ-nin tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir neçə kiçik, yaşayışsız adanın mənsubiyyətini hələ də mübahisələndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti