Bakı. Trend:
Oktyabrın 21-də Avstriyanın paytaxtı Vyanada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Vyana Diplomatika Akademiyası və Beynəlxalq Münasibətlər və Davamlı İnkişaf Mərkəzinin təşkilatcılığı ilə "The Caucasus, Central Asia and Europe in a New Global Order” adlı beynəlxalq konfrans keçirilib.
Trend xəbər verir ki, tədbirin açılış mərasimində Avstriyanın Diplomatik Akademiyasının direktoru, səfir Martin Eichtinger, panel müzakirəsində isəMərkəzin üzvləri BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, Vuk Yeremiç, Avstriyanın sabiq xarici işlər naziri və Avropa Komissarı Benita Ferrero-Voldner, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Gürcüstanın sabiq prezidenti və parlament sədri Nino Burjanadze, Avropa Komissarı və Yunanıstanın sabiq Xarici İşlər və Müdafiə naziri, həmçinin Rumıniyanın sabiq Baş nazir müavini Ana Birçal iştirak ediblər. Konfransda Qafqaz və Mərkəzi Asiyanın qlobal siyasətdə artan rolu, regionlararası əməkdaşlığın yeni perspektivləri və beynəlxalq diplomatiyada etimadın bərpası, Cənubi Qafqaz və Mərkəsi Asiya ölkələrinin Avropa Birliyi ilə əməkdaşlığı müzakirə olunub.
Tədbir çərçivəsində Mərkəzin üzvləri Avstriyanın sabiq Prezidenti Hainz Fişer, Avstriyanın sabiq Kanslerleri Alfred Gussenbauer, Sebastian Kurz və Slovakiya Prezidentinin xarici münasibətlər üzrə müşaviri, sabiq Xarici İşlər naziri Yan Kubişlə görüşlər keçirilib.
