...

Almaniyada Dünya Boks Komitəsinin kəməri uğrunda yarış keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Oktyabr 2025 14:56 (UTC +04:00)
Almaniyada Dünya Boks Komitəsinin kəməri uğrunda yarış keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində Avropanın müxtəlif ölkələrindən peşəkar idmançıların iştirakı ilə beynəlxalq boks çempionatı keçirilib. Yarışda Almaniya, Çexiya, Rumıniya, Böyük Britaniya və Macarıstandan olan boksçular gərgin mübarizə aparıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Çempionatın əsas qarşılaşması Maqdeburq şəhərində təsis edilən Ulu Öndər Heydər Əliyev adına Dünya Boks Komitəsinin (WBCA) dünya kəməri uğrunda baş tutub. Həlledici döyüşdə almaniyalı Yastin Şmager macar Ruben Romai ilə qarşılaşıb.

O, doqquzuncu raundda rəqibini nokdaunla məğlub edərək WBCA-nın orta çəki dərəcəsi üzrə dünya kəmərinə sahib olub.

Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitənin dəstəyi ilə fəaliyyət göstərən Diaspor Boks Liqasının (DBL) rəhbəri Yaşar Niftəliyev mükafatlandırma mərasimində bu nüfuzlu turnirin 18 Oktyabr - Müstəqilliyinin Bərpası Gününə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayıb.

Xatırladaq ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi 2012-ci ildə Almaniyanın Maqdeburq şəhərində Yaşar Niftəliyev və Karl Heins Kräftın təşəbbüsü ilə təsis olunub. Təşkilatın məqsədi Ulu Öndər Heydər Əliyevin idmanla bağlı tövsiyələrini həyata keçirmək, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı idmançıları bir araya gətirmək, onların digər millətlərdən olan həmkarları ilə dostluq əlaqələrini möhkəmləndirmək, eləcə də Ümummilli liderin adını daşıyan kəmərləri dünyanın ən nüfuzlu boks mükafatları sırasına çıxarmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti