...

Qırğızıstan üçün sənayenin sürətləndirilmiş inkişafı milli iqtisadi siyasətin ən vacib prioritetlərindəndir

İqtisadiyyat Materials 24 Oktyabr 2025 15:01 (UTC +04:00)
Qırğızıstan üçün sənayenin sürətləndirilmiş inkişafı milli iqtisadi siyasətin ən vacib prioritetlərindəndir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan üçün sənayenin sürətləndirilmiş inkişafı milli iqtisadi siyasətin ən vacib prioritetlərindəndir.

Trend xəbər verir ki, bunu bu gün Qırğızıstanın İqtisadiyyat və Kommersiya naziri Bakıt Sıdıkov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm, texnologiya və innovasiyalar nazirlərinin II iclası çərçivəsində bildirib.

"Apardığımız dövlət sənaye siyasəti sənayenin dayanıqlı inkişafına nail olmağa, onun ÜDM-də payını artırmağa, həmçinin sənaye məhsullarının ixrac potensialını və rəqabət qabiliyyətini yüksəltməyə yönəlib", - deyə o bildirib.

Sıdıkov qeyd edib ki, Qırğızıstanın TDT ölkələri ilə ticarət dövriyyəsinin böyük hissəsi sənaye ehtiyaclarına yönəlmiş mallardan ibarətdir ki, bu da sənaye əməkdaşlığının inkişafından xəbər verir. O əlavə edib ki, ilin əvvəlindən Qırğızıstanın TDT ölkələri ilə ticarət dövriyyəsi 1,7 milyard dollar təşkil edib.

Onun sözlərinə görə, son üç ildə Qırğızıstanda maşınqayırma, yüngül sənaye və qida emalı sahələrində yüzlərlə yeni sənaye müəssisəsi açılıb.

"Qırğızıstan birgə layihələrin inkişafına, qarşılıqlı investisiyaların artırılmasına və biznes mühitinin yaxşılaşdırılmasına səy göstərir. Əminik ki, bu, bütün ölkələrimizə yüksək nəticələr əldə etməyə və qlobal çağırışlar şəraitində inamla irəliləməyə imkan verəcək. Bu baxımdan Türk İnvestisiya Fondunun rolunu qeyd etmək vacibdir. Ümid edirik ki, onun layihə fəaliyyəti bütün tərəflər üçün əhəmiyyətli sənaye layihələrinin reallaşdırılmasına imkan yaradacaq", - deyə Sıdıqov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti