...

Portuqaliyalı səyyah Qarabağ Universiteti ilə Portuqaliyal ali təhsil müəssisəsi arasında mübadilə proqramı təklif edib

Cəmiyyət Materials 24 Oktyabr 2025 15:43 (UTC +04:00)
Portuqaliyalı səyyah Qarabağ Universiteti ilə Portuqaliyal ali təhsil müəssisəsi arasında mübadilə proqramı təklif edib
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Mən Qarabağ Universiteti və Portuqaliyanın “Atlantico Business School” təhsil ocağı arasında əməkdaşlıq haqda protokolun imzalanmasını təklif etmişəm.

Trend xəbər verir ki, bunu xarici səyyahların Qarabağ səfərinin yekunlarına dair Bakıda keçirilən mətbuat konfransında portuqaliyalı səyyah Juao Paulo Peyşoto deyib.

Onun sözlərinə görə, sənəd bir neçə əsas əməkdaşlıq istiqamətini nəzərdə tutur: iki ali təhsil müəssisəsi arasında tələbə mübadiləsi; müəllim mübadiləsi. Bu çərçivədə Qarabağ Universitetinin müəllimləri Portuqaliyada dərs deyə, portuqaliyalı mütəxəssislər isə Azərbaycanda tədris apara biləcəklər.

Bundan əlavə, protokol birgə elmi və tədqiqat layihələrini də ehtiva edir. Bu layihələrə Azərbaycanda sahibkarlığın öyrənilməsi və hər iki ölkədə sahibkarlıq dinamikasının müqayisəli təhlili daxildir. Həmçinin birgə konfransların keçirilməsi planlaşdırılır - illik forumlar növbəli şəkildə Azərbaycanda və Portuqaliyada təşkil olunacaq.

“Biz bunu ölkələrimiz arasında akademik əməkdaşlığın və təcrübə mübadiləsinin inkişafı üçün real imkan kimi nəzərdən keçiririk”, - deyə Peyşoto vurğulayıb.

Qeyd edək ki, səkkiz ölkədən olan səyahətçilər qrupuna “Extreme Traveler International Congress” (ETIC – Beynəlxalq Ekstremal Səyyahlar Konqresi) klubunun rəhbəri Kolya Sporin rəhbərlik edir.

Nümayəndə heyəti Ağdam–Xankəndi–Laçın–Şuşa–Füzuli marşrutu üzrə iki günlük avtomobil səyahəti həyata keçirib.

Azad olunmuş ərazilərin "black tourism" (qara turizm) çərçivəsində tanıdılması və genişmiqyaslı tikinti və bərpa işlərinin nümayiş etdirilməsi məqsədilə aparıcı beynəlxalq səyahətçi klubları 2021–2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə 14 səfər təşkil edib. Bu, artıq 15-ci belə səfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti