Bakı. Trend:
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi və ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun görüşü keçirilib.
Trend xəbər verir ki, Emin Hüseynov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
O, görüşdə işğaldan azad edilmiş ərazilərə səfər və gələcək əməkdaşlıq imkanlarının müzakirə olunduğunu bildiirb.
