Bakı. Trend:
Məndə ən çox Qarabağ Universiteti güclü təəsürat yaratdı.
Trend xəbər verir ki, bunu bu gün amerikalı səyyah Duqlas Keysi Qarabağ səfərinin yekunlarına dair keçirilən mətbuat-konfransında deyib.
“O, tələbələrlə görüşmək və onlarla ünsiyyət qurmaq imkanı əldə etdim və deməliyəm ki, onlar məndə müsbət təəssürat yaratdılar”, - deyə o qeyd edib.
Keysinin sözlərinə görə, Qarabağ Universitetinin tələbələri Qərbdəki həmyaşıdlarından əhəmiyyətli dərəcədə fərqlənirlər: “Onlar mehriban, enerjili və motivasiyalıdırlar. Bəlkə də buna görədir ki, Qarabağ Universiteti gəncdir və mövcud stereotiplərdən azaddır”.
Amerikalı qonaq həmçinin, Azərbaycanın inkişaf sürətinə heyranlığını ifadə edib: “Azərbaycanın iqtisadiyyatını o qədər dərindən öyrənməmişəm, amma təəssüratlarım tamamilə müsbət oldu”.
Qeyd edək ki, səkkiz ölkədən olan səyahətçilər qrupuna “Extreme Traveler International Congress” (ETIC – Beynəlxalq Ekstremal Səyyahlar Konqresi) klubunun rəhbəri Kolya Sporin rəhbərlik edir.
Nümayəndə heyəti Ağdam–Xankəndi–Laçın–Şuşa–Füzuli marşrutu üzrə iki günlük avtomobil səyahəti həyata keçirib.
Azad olunmuş ərazilərin "black tourism" (qara turizm) çərçivəsində tanıdılması və genişmiqyaslı tikinti və bərpa işlərinin nümayiş etdirilməsi məqsədilə aparıcı beynəlxalq səyahətçi klubları 2021–2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə 14 səfər təşkil edib. Bu, artıq 15-ci belə səfərdir.
