Bakı. Trend:
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində inşasına başlanılmış Albalılıq avtobus parkı üçün elektrik doldurma stansiyaları quraşdırılacaq.
Trend-in məlumatına görə, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Belə ki, “BakuBus” sözügedən işlərin icrasını “Electrify Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 1,2 milyon manat ödənilib.
İşlərin həvalə olunduğu şirkət 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Rüstəmov Tariyel Nazim oğludur.
