...

Bank kartlarından oğurluq edənlər saxlanılıblar

Cəmiyyət Materials 24 Oktyabr 2025 15:11 (UTC +04:00)
Bank kartlarından oğurluq edənlər saxlanılıblar
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonunda bir nəfərin bank kartından oğurluq edilib.

Trend bu barədə Daxili İşlər Nazirliyinə istinadla xəbər verir.

Rayonun Mehdiabad qəsəbə sakini polisə müraciət edərək kartından 1330 manatının talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Əsgərov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində bir nəfərin bankomatda unutduğu pulunu, digərinin isə itirdiyi bank kartından alış-veriş etməkdə şübhəli bilinən R.Səfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti