...

Aİ "Meta" və "TikTok"u qaydaları pozmaqda ittiham edir

Dünya xəbərləri Materials 24 Oktyabr 2025 19:26 (UTC +04:00)
Aİ "Meta" və "TikTok"u qaydaları pozmaqda ittiham edir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) "Meta" və "TikTok" şirkətlərini Rəqəmsal Xidmətlər Qanununun tələblərini pozmaqda ittiham edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir

Aİ Komissiyasının ilkin nəticələrinə əsasən, hər iki platforma tədqiqatçılara ictimaiyyətə açıq məlumatlara çıxış imkanı verməyib. Bundan əlavə, "Meta" istifadəçilərə "Facebook" və "Instagram"da qanunsuz məzmunu bildirmək və məzmunla bağlı qərarlara etiraz etmək üçün sadə və effektiv mexanizmlər təqdim etməyib.

Komissiya bildirir ki, ittihamlar təsdiqlənərsə, şirkətlərə ciddi maliyyə sanksiyaları tətbiq oluna bilər. Qanuna görə, qayda pozuntusuna yol verən platformalara Avropa bazarındakı illik dövriyyələrinin 6 faizinə qədər cərimə kəsilə bilər.

Aİ həmçinin xəbərdarlıq edib ki, pozuntular təkrarlanarsa, həmin şirkətlərin Avropadakı fəaliyyətinin dayandırılması gündəmə gələ bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti