...

İrlandiya prezident seçkilərində seçici fəallığı 30–40% arasında olub

Dünya xəbərləri Materials 25 Oktyabr 2025 05:32 (UTC +04:00)
İrlandiya prezident seçkilərində seçici fəallığı 30–40% arasında olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrlandiyada keçirilən prezident seçkilərində seçici fəallığının 30–40% arasında olduğu təxmin edilir.

Trend xəbər verir ki, bu barədə ölkənin "RTE" telekanalı məlumat yayıb.

Yerli vaxtla saat 22:00-da (Moskva vaxtı ilə 00:00) ölkə üzrə 5000-dən çox seçki məntəqəsi bağlanıb. Seçki qutuları xüsusi mərkəzlərə daşınıb və səslərin sayılmasına sabah səhər saat 09:00-da (Moskva vaxtı ilə 11:00) başlanacaq.

Yekun nəticələrin 25 oktyabr günortadan sonra açıqlanacağı gözlənilir. Ümumilikdə təxminən 3,6 milyon vətəndaşın səsvermədə iştirak etmək hüququ var idi.

Seçki bülletenində üç namizədin adı yer alsa da, hakim "Fianna Foyl" (FF) partiyasının nümayəndəsi Cim Qevin kampaniyadan çəkildiyini açıqlayıb. Beləliklə, prezidentlik uğrunda mübarizə müstəqil siyasətçi Ketrin Konnolli və iqtidar koalisiyasının tərəfdaşı olan mərkəzçi "Fine Qel" partiyasının namizədi Hizer Hamfris arasında davam edib.

Xəbər lenti

Xəbər lenti