...

"Beşiktaş" klubunun heyətində ciddi itki

İdman Materials 24 Oktyabr 2025 18:58 (UTC +04:00)
"Beşiktaş" klubunun heyətində ciddi itki

Bakı. Trend:

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Trend xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Rafa Silva sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı futbolçunun ayaq əzələsində zədə aşkarlanıb. 32 yaşlı oyunçu bazar günü "Kasımpaşa" ilə matçda komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Rafa Silva 2024-cü ilin yayında "Beşiktaş"da çıxış edir. Portuqalya millisinin sabiq üzvü bu mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 15 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti