Bakı. Trend:
ABŞ hökuməti, viza müddətini pozanların və pasport saxtakarlığının qarşısını almaq məqsədilə sərhədlərdə üz tanıma texnologiyasının istifadəsini genişləndirəcəyini açıqlayıb.
Trend ABŞ KİV-ə istinadən xəbər verir ki, yeni qayda dekabrın 26-dan qüvvəyə minəcək və hava limanları, dəniz limanları, quru keçid məntəqələri, eləcə də digər çıxış nöqtələrində miqrantların üz şəkli, barmaq izi kimi biometrik məlumatların toplanmasına icazə verəcək.
Əvvəlki qaydalara görə, 14 yaşdan kiçik uşaqlar və 79 yaşdan yuxarı yaşlılar bu prosedurlardan azad idilər, lakin yeni qayda bu istisnaları aradan qaldırır.
Bu addım, ABŞ Prezidenti Donald Trampın qeyri-qanuni miqrasiyanın qarşısını almaq və xüsusilə viza müddətini pozanların sayını azaltmaq məqsədilə həyata keçirdiyi daha geniş sərhəd təhlükəsizliyi tədbirlərinin bir hissəsidir.
2023-cü ildə verilən məlumatlara görə, ABŞ-də qeyri-qanuni yaşayan 11 milyon miqrantın təxminən 42%-i viza müddətini pozaraq ölkədə qalıb.