...

Dövlət Statistika Komitəsi ilə Tacikistan Statistika Agentliyi arasında Anlaşma Memorandumu təsdiq edilib

Cəmiyyət Materials 24 Oktyabr 2025 17:22 (UTC +04:00)
Dövlət Statistika Komitəsi ilə Tacikistan Statistika Agentliyi arasında Anlaşma Memorandumu təsdiq edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”u təsdiq edilib.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti