...

"Barcelona" "El-Klassiko"ya itki ilə çıxacaq

İdman Materials 24 Oktyabr 2025 17:05 (UTC +04:00)
"Barcelona" "El-Klassiko"ya itki ilə çıxacaq

Bakı. Trend:

"Barselona" La Liqanın 10-cu turunda "Real"la matça itki ilə çıxacaq.

Trend xəbər verir ki, Kataloniya təmsilçisinin zədəsini yeni sağaldan oyunçusu Rafinyanın "El-Klassiko"nu buraxacağı dəqiqləşib.

O, komandanın bugünkü məşqində də iştirak etməyib. 28 yaşlı hücumçu məşq başlamamış toplanışı tərk edib.

Bundan əlavə, "Barselona"nın fransalı müdafiəçisi Jül Kounde ardıcıl ikinci gündür ki, idman zalında fərdi məşq edir. Onun qarşıdakı matçda iştirakı şübhə altındadır.

Qeyd edək ki, “Barselona” 26 oktyabrda “Real”ın qonağı olacaq.

Xəbər lenti

Xəbər lenti