Bakı. Trend:
Yaponiyanın Hokkaydo sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Nemuro şəhərindən 36 kilometr cənub-şərqdə, ocağı isə 41 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi də elan olunmayıb.
