...

Pentaqon 130 milyon dollar anonim ianə alıb

Dünya xəbərləri Materials 24 Oktyabr 2025 23:02 (UTC +04:00)
Pentaqon 130 milyon dollar anonim ianə alıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ordusu federal hökumətin qismən bağlanması zamanı işçilərin əmək haqqını ödəmək məqsədilə 130 milyon dollar məbləğində anonim ianə alıb.

Trend xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentlik Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi Şon Parnellin sözlərinə istinadən bildirib ki, “23 oktyabr 2025-ci ildə Müdafiə Nazirliyi 130 milyon dollarlıq anonim ianə qəbul edib”.

Parnell vurğulayıb ki, ianə “hərbi maaşların və müavinətlərin xərclərini kompensasiya etmək üçün istifadə olunacaq”.

Qeyd edək ki, bu məbləğ 1,3 milyon aktiv xidmət edən əsgərin xərclərinin yalnız kiçik hissəsini ödəyəcək. Ötən ay Pentaqon əmək haqqına təxminən 9,8 milyard dollar xərcləyib.

Xəbər lenti

Xəbər lenti