Bakı. Trend:
ABŞ administrasiyası Kolumbiya Prezidenti Qustavo Petroya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
Trend xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin bəyanatında məlumat verilib.
Həftənin əvvəlində Petro "Univision" kanalına verdiyi müsahibədə bildirib ki, dünya ya ABŞ Prezidenti Donald Trampı dəyişməli, ya da ondan qurtulmalıdır.
Bu fikirlərə cavab olaraq Tramp kolumbiyalı həmkarını “quldur və pis insan” adlandırıb və ona açıqlamalarında diqqətli olmağı tövsiyə edib. Əks halda ABŞ administrasiyasının ciddi addımlar atacağı vurğulanıb.
