Bakı. Trend:
ABŞ ordusu Karib dənizi hövzəsində narkotik ticarəti ilə məşğul olan bir gəmiə zərbələr endirib.
Trend xəbər verir ki, bu barədə müdafiə naziri Pit Heqset sosial şəbəkə hesabında məlumat yayıb.
Heqsetin bildirdiyinə görə, əməliyyat zamanı gəmidə olan 6 nəfərin hamısı məhv edilib.
Pentaqon rəhbəri qeyd edib ki, zərbələr ABŞ Prezidenti Donald Trampın göstərişi ilə "Tren de Aragua" təşkilatına məxsus gəmi üzərinə endirilib.
Heqset əlavə edib ki, bu qrup terrorçu təşkilat kimi tanınıb və narkotik alveri ilə məşğul olur. Onun sözlərinə görə, Qərb yarımkürəsində narkotik qaçaqmalçılığı ilə məşğul olan bütün qüvvələrə terrorçular kimi yanaşılacaq — belə qrupların şəbəkələri və fərdi üzvləri izləniləcək və istənilən vaxt məhv edilə bilərlər.
