Bakı. Trend:
"Tottenhem”in hücumçusu Riçarlison Premyer Liqada klubunu dəyişə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı forvardla onun sabiq komandası “Everton” maraqlanır.
"Tottenhem” qış transfer pəncərəsində futbolçunun satışına açıqdır.
Qeyd edək ki, 28 yaşlı hücumçu cari mövsümdə “Tottenhem”in heyətində 13 matçda meydana çıxaraq 3 qol və 1 assistlə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.