...

“Barselona”nın futbolçusu Rafinya “El Klassiko”nu buraxa bilər

İdman Materials 24 Oktyabr 2025 22:43 (UTC +04:00)
“Barselona”nın futbolçusu Rafinya “El Klassiko”nu buraxa bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Barselona”nın braziliyalı futbolçusu Rafinya zədə səbəbindən “Real”a qarşı keçiriləcək “El Klassiko” matçını buraxa bilər.

Trend xəbər verir ki, hazırda klubun həkim heyəti futbolçunun oyuna yetişməsi üçün çalışır. Lakin onun tam sağalmasının vaxt tələb edəcəyi bildirilir.

Rafinya narahatlıq səbəbindən Kataloniya təmsilçisinin dünənki məşqini erkən tərk edib. Qeyd edək ki, futbolçu sentyabrın 25-də İspaniya La Liqasının 6-cı turunda “Ovyedo”ya (3:1) qarşı keçirilən görüşdə zədələnib.

Xəbər lenti

Xəbər lenti