Bakı. Trend:
Pentaqon ABŞ Cənub Komandanlığının məsuliyyət zonasına aviadaşıyıcı zərbə qrupunun köçürüldüyünü elan edib.
Trend xəbər verir ki, bu barədə ABŞ Hərbi Departamentinin ictimaiyyətlə əlaqələr üzrə sözçüsü, Pentaqonun baş mətbuat katibi və Hərbi Katibin (SECWAR) baş müşaviri Şon Parnell məlumat verib.
Əməliyyatda ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük və ən yeni gəmisi olan "Gerald R. Ford" təyyarədaşıyan gəmisi iştirak edəcək.
Pentaqon açıqlamasında əməliyyatın məqsədini "ABŞ-ın ölkənin təhlükəsizliyinə və rifahına, eləcə də Qərb yarımkürəsində sabitliyə təhdid yaradan fırıldaqçı aktyorları müəyyən etmək, izləmək və fəaliyyətlərini pozmaq qabiliyyətini gücləndirmək" olaraq izah edib.
Bildirilib ki, bu qüvvələr həmçinin narkotik qaçaqmalçılığının qarşısını almaq, transmilli korporasiyaları sıradan çıxarmaq və onların fəaliyyətlərini məhdudlaşdırmaq üçün mövcud imkanları gücləndirəcək və tamamlayacaq.
