...

“Real Sosyedad” öz meydanında “Sevilya”ya qalib gəlib

İdman Materials 25 Oktyabr 2025 04:31 (UTC +04:00)
“Real Sosyedad” öz meydanında “Sevilya”ya qalib gəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya La Liqasının 10-cu turunda “Real Sosyedad” və “Sevilya” komandaları üz-üzə gəliblər.

Trend xəbər verir ki, qarşılaşma San-Sebastyandakı “Real Arena” stadionunda keçirilib və ev sahibi komanda 2:1 hesabı ilə qalib gəlib.

Matçın 19-cu dəqiqəsində “Real Sosyedad”ın hücumçusu Mikel Oyarsabal penaltidən hesabı açıb. 30-cu dəqiqədə “Sevilya”nın müdafiəçisi Nemanya Qudel bərabərlik qolunu vurub. Lakin 36-cı dəqiqədə Oyarsabal yenidən fərqlənərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra Serxio Fransiskonun rəhbərlik etdiyi “Sevilya” 10 turdan sonra 9 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. “Real Sosyedad” isə 13 xal toplayaraq 9-cu yerdə möhkəmlənib.

Xəbər lenti

Xəbər lenti