Bakı. Trend:
İtaliya A Seriyasında 8-ci tura start verilib.
Trend xəbər verir ki, turun açılış matçında "Milan" evdə "Piza"nı qəbul edib.
Gözləntilərin əksinə olaraq, "rossoneri"lər autsayder üzərində qələbə qazana bilməyiblər. 7-ci dəqiqədə Leonun qolu ilə meydan sahibləri hesabı açsa da, qonaqlar 60-cı dəqiqədə Kuadradonun penalti zərbəsi ilə cavab verib. 86-cı dəqiqədə Nzola "Piza"nı hesabda irəli çıxarsa da, 90+4-cü dəqiqədə Atekame sensasiyaya imkan verməyib və görüş 2:2 hesabı ilə başa çatıb.
Xal itkisinə baxmayaraq, "Milan" çempionatın lideri olaraq qalır və aktivində 17 xal var. "Piza" isə 4 xalla 18-ci pillədə qərarlaşıb.
