...

Almaniyada satışa çıxarılacaq ilk mobil bunker təqdim edilib

Dünya xəbərləri Materials 25 Oktyabr 2025 04:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada ənənəvi tikinti materialları mağazalarında satışa çıxarılacaq ilk mobil bunker təqdim olunub.

Trend xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, son aylarda Almaniyada özəl bomba sığınacaqlarına tələbatın artması pərakəndə satış sektorunu da hərəkətə gətirib.

Yeni bunker prototipi "BSSD Defence" və "Veloform" şirkətləri tərəfindən hazırlanıb. Sahəsi 16 kvadratmetr olan bu modul qurğu xarici görünüşcə qaraja bənzəyir. Onun hündürlüyü 2,8 metr, divar qalınlığı isə 20 santimetrdir.

Bunkerdə insanların bir həftə ərzində çölə çıxmadan yaşaya bilməsi üçün bütün şərait yaradılıb — tualet, duş, kiçik mətbəx, dörd qatlanan çarpayı və pəncərə görüntülü ekranlar quraşdırılıb.

İstehsalçılar bildirirlər ki, bunker dron zərbələrinə və hətta 107 millimetrlik raket hücumlarına tab gətirə bilir.

Tam təchiz olunmuş modulun qiyməti təxminən 150 min avro təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti