Bakı. Trend:
Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel gələn ay Çinə rəsmi səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə "CBS News" telekanalı səfərlə bağlı planlara bələd olan bir neçə mənbəyə istinadən xəbər yayıb.
Hazırda səfərin təfərrüatları və gündəliyi açıqlanmayıb. Mənbələrin bildirdiyinə görə, Patelin Çində hansı rəsmilərlə görüşəcəyi də hələlik məlum deyil.
Telekanal qeyd edib ki, danışıqların əsas mövzularından biri ABŞ-a sintetik opioid fentanil tədarükü ilə mübarizə məsələsi olacaq.
