...

Britaniyada immiqrant səhvən azadlığa buraxılıb

Dünya xəbərləri Materials 25 Oktyabr 2025 02:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya polisi səhvən həbsdən azad edilən 41 yaşlı Efiopiya vətəndaşı Haduş Kebatunu tapmaq üçün əməliyyat aparır.

Trend xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Müstəntiqlərin açıqlamasına görə, sentyabr ayında Çelmsford Məhkəməsi Kebatanı 14 yaşlı qıza və bir qadına qarşı cinsi təcavüzdə günahlandıraraq bir il həbs cəzasına məhkum etmişdi. Oktyabrın 24-də o, miqrasiya mərkəzinə köçürülmək üçün azadlığa buraxılıb, lakin qaçıb.

Böyük Britaniyanın ədliyyə naziri Devid Lemmi həbsxana sisteminin hərəkətlərindən narazılığını ifadə edərək hadisənin araşdırılmasına çağırıb.

Xəbər lenti

Xəbər lenti