...

Almaniya Kansleri Fridrix Merts oktyabrın 30-da Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 25 Oktyabr 2025 01:52 (UTC +04:00)
Almaniya Kansleri Fridrix Merts oktyabrın 30-da Türkiyəyə səfər edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Kansleri Fridrix Merts oktyabrın 30-da Türkiyəyə rəsmi səfər edəcək.

Trend xəbər verir ki, bu məlumat Almaniya Kanslerinin rəsmi saytında yer alıb.

Səfər çərçivəsində Ankarada Merts və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü planlaşdırılır.

Görüşdə ikitərəfli əlaqələr, xarici siyasət məsələləri, eləcə də iqtisadiyyat, miqrasiya və təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsi mövzuları müzakirə olunacaq.

Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti