Bakı. Trend:
Yaponiya və ABŞ süni intellekt və simsiz rabitə texnologiyaları, o cümlədən 6G sahəsində əməkdaşlıq haqqında saziş imzalamağa hazırlaşır.
Trend xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Məlumata görə, sənədin ABŞ Prezidenti Donald Trampın 27 oktyabrda başlayacaq Yaponiyaya səfəri zamanı imzalanması gözlənilir. Razılaşma tərəflər arasında müvafiq texnologiyaların birgə ixracını və üçüncü ölkələrdə, xüsusilə də Qlobal Cənub regionunda infrastrukturun qurulmasını nəzərdə tutur.
Qəzet qeyd edir ki, sazişlər bu sahədə Çinin artan təsirinə qarşı alternativ əməkdaşlıq modelini formalaşdırmaq məqsədi daşıyır.
Trampın səfəri 27–29 oktyabr tarixlərində baş tutacaq. ABŞ prezidenti səfər çərçivəsində Yaponiyanın yeni Baş naziri Sanae Takaiti ilə danışıqlar aparacaq və İmperator Naruhito ilə görüşəcək. Bu, Trampın ikinci prezidentlik müddətində Yaponiyaya ilk səfəri olacaq.
