...

Rusiyada polis 125 kiloqram marixuana müsadirə edib

Dünya xəbərləri Materials 25 Oktyabr 2025 08:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amur bölgəsində hüquq-mühafizə orqanları yerli sakindən 125 kiloqram marixuana müsadirə edib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1983-cü il təvəllüdlü vətəndaşın mülkündə aparılan axtarış zamanı qurudulmuş bitki mənşəli maddə aşkarlanaraq götürülüb. Ekspertiza nəticəsində həmin maddənin marixuana olduğu müəyyən edilib.

Açıqlamada qeyd olunur:

“Hüquq-mühafizə orqanlarının əməkdaşları ümumilikdə təxminən 125 kq çəkidə marixuana, həmçinin kafel, bidon və prekursorlar müsadirə ediblər.”

Narkotik vasitələr Nijnyaya Poltavka kəndində aşkar olunub. Polisə əvvəllər məhkum olunmuş kənd sakininin qanunsuz maddələr saxlaması barədə məlumat daxil olub və bu məlumat araşdırma zamanı təsdiqlənib.

Faktla bağlı cinayət işi açılıb, şübhəlinin barəsində məhkəməyəqədər həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılır.

Xəbər lenti

Xəbər lenti