...

Toyota ABŞ-də yığılmış avtomobillərin idxal imkanlarını araşdırır

Turizm Materials 25 Oktyabr 2025 08:42 (UTC +04:00)
Toyota ABŞ-də yığılmış avtomobillərin idxal imkanlarını araşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın Toyota Motor şirkəti ABŞ-də istehsal olunan avtomobillərinin idxal imkanlarını araşdırır.

Trend xəbər verir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, planlar ABŞ Prezidenti Donald Trampın 27–29 oktyabr tarixlərində Yaponiyaya səfəri zamanı Amerika tərəfinə çatdırıla bilər.

Kyodo izah edir ki, məqsəd Trampın dəfələrlə narazılığını bildirdiyi iki ölkə arasındakı ticarət balanssızlığını aradan qaldırmaqdır. Hər il Yaponiya təxminən 500.000 avtomobili Amerika bazarına ixrac edir, lakin ABŞ-da istehsal olunan Toyota modelləri ölkəyə tədarük edilmir.

Xəbər lenti

Xəbər lenti