Bakı. Trend:
Böyük Britaniya hökuməti məscidlərin və müsəlman dini mərkəzlərinin hücumlardan qorunması məqsədilə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə 10 milyon funt sterlinq (təxminən 13,3 milyon dollar) əlavə vəsait ayırmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Britaniya hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, ayrılacaq vəsait videomüşahidə və siqnalizasiya sistemlərinin quraşdırılması, hasarların tikintisi və mühafizə xidmətlərinin maliyyələşdirilməsi üçün istifadə olunacaq. Bu məbləğ, hökumətin ötən il məscidlərin təhlükəsizliyinin təmin edilməsinə ayırdığı 29,4 milyon funt sterlinq vəsaiti tamamlayacaq.
Baş nazir Kir Starmer vəsaitin ayrılması barədə qərarını İngiltərənin Pisheyven şəhərindəki məscidə baş çəkdikdən sonra açıqlayıb. Qeyd edək ki, sözügedən məscid oktyabrın əvvəllərində naməlum şəxslər tərəfindən yandırılıb, lakin hadisə zamanı xəsarət alan olmayıb.
