Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında IX turun növbəti qarşılaşmaları keçiriləcək.
Trend xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" klubu **"Sabah"**ı qəbul edəcək. Oyun saat 16:00-da start götürəcək.
Daha sonra "Zirə" öz meydanında **"Sumqayıt"**la üz-üzə gələcək. Görüş saat 18:30-da başlayacaq.
Turnir cədvəlinə görə, aktivində 15 xal olan "Araz-Naxçıvan" 3-cü pillədə qərarlaşıb və 14 xalı olan "Sabah"ı qabaqlayır. "Zirə" isə 6-cı pillədə qərarlaşıb və "Sumqayıt"dan 1 xal geri qalır.
16:00. "Araz-Naxçıvan" - "Sabah"
18:30. "Zirə" - "Sumqayıt"
