Bakı. Trend:
Bu həftə “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) и “Dated Brent” xam neft markalarının orta qiymətlərinin artması qeydə alınıb.
Trend xəbər verir ki, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan “Azeri Light CIF” markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 0,46 ABŞ dolları və ya 0,72 faiz artaraq, bir barelə görə 64,45 ABŞ dolları təşkil edib.
Həftə ərzində maksimum qiymət bir barelə görə 67,84 ABŞ dolları, minimum qiymət isə 61,83 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin orta qiyməti bir barelə görə 62,51 ABŞ dolları olub ki, bu da əvvəlki həftənin göstəricisindən 0,25 dollar və ya 0,4 faiz çoxdur. Həftə ərzində maksimum qiymət 65,88 dollar, minimum isə 59,91 dollar təşkil edib.
“Urals” markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 1,05 dollar və ya 2,1 faiz artaraq, bir barelə görə 51,33 ABŞ dolları olub. Həftə ərzində maksimum qiymət 54,52 dollar, minimum isə 48,70 dollar təşkil edib.
“Dated Brent” markalı neftin orta qiyməti bir barelə görə 63,21 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,78 dollar və ya 1,25 faiz çoxdur. Həftə ərzində bu markalı xam neftin bir barelə görə maksimum qiyməti 66,65 dollar, minimum qiyməti isə 60,57 dollar olub.
|
Neft / tarix |
20.10.2025 |
21.10.2025 |
22.10.2025 |
23.10.2025 |
24.10.2025 |
Orta qiymət |
|
Azeri LT CIF |
$61,83 |
$62,40 |
$63,45 |
$66,75 |
$67,84 |
$64,45 |
|
Azeri Light FOB Ceyhan |
$59,91 |
$60,44 |
$61,51 |
$64,81 |
$65,88 |
$62,51 |
|
Urals (EX NOVO) |
$48,70 |
$49,29 |
$50,40 |
$53,72 |
$54,52 |
$51,33 |
|
Dated Brent |
$60,57 |
$61,09 |
$62,21 |
$65,53 |
$66,65 |
$63,21 |
