...

Tramp Kim Çen Inla görüşə bilər

Dünya xəbərləri Materials 25 Oktyabr 2025 10:33 (UTC +04:00)
Tramp Kim Çen Inla görüşə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Doland Tramp Asiya səfəri çərçivəsində Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla görüşü istisna etməyib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, belə bir təmas Pxenyan tərəfindən qarşılıqlı hazırlıq olduğu təqdirdə baş tuta bilər.

Tramp qeyd edib ki, o, artıq bu formatı təklif edib və Cənubi Koreyaya səfəri barədə məlumat verib.

Ağ Ev rəhbəri, həmçinin Şimali Koreya tərəfinin onun səfərindən yəqin ki, xəbərdar olduğunu vurğulayıb.

Prezident əlavə edib ki, KXDR-in nüvə potensialına malik olmasına baxmayaraq, birbaşa əlaqələrdə hələ də müəyyən çətinliklər mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti