...

Abubakar "Neftçi"yə üç xal qazandırıb - Misli Premyer Liqası

İdman Materials 26 Oktyabr 2025 18:06 (UTC +04:00)
Abubakar "Neftçi"yə üç xal qazandırıb - Misli Premyer Liqası

Bakı. Trend:

Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Trend-in məlumatına görə, “Qəbələ” doğma meydanda “Neftçi” ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları İfeanyi Metyu və yeni transfer Vensan Abubakar vurublar. Həmçinin, Abubakar birinci qolun məhsuldar ötürməsini verib.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" "Kəpəz"i (3:0), "Zirə" isə "Sumqayıt"ı (1:0) üstələyib. "Araz-Naxçıvan" - "Sabah" görüşü 2:2 hesablı heç-heçə ilə bitib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti