Bakı. Trend:
Böyük Britaniyanın baş naziri Kir Starmer sabah Türkiyəyə səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezident administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duran "X" sosial şəbəkəsində yazıb.
O bildirib ki, səfər Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
B.Duran əlavə edib ki, Türkiyə-Böyük Britaniya münasibətlərinin sıx müttəfiqliyə əsaslanan strateji ölçüsünə əlavə olaraq, mövcud regional və beynəlxalq inkişaflar da müzakirə olunacaq.