Bakı. Trend:
Tayland və Kambocanın baş nazirləri Anuthin Çanvirakun və Xun Manet ABŞ prezidenti Donald Trampın iştirakı ilə "sülh sazişi" imzalayıblar.
Trend-in məlumatına görə, sənədin imzalanması Kuala Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində baş tutub.
Tayland Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin baş direktoru və mətbuat katibi Nikondet Phalangkun bundan əvvəl bildirib, tərəflər sülh müqaviləsi deyil, münaqişənin sülh yolu ilə həlli üçün təməl qoymaq məqsədi daşıyan birgə bəyannamə imzalayıblar.