...

Tailandda bir illik matəm elan edildi

Dünya xəbərləri Materials 25 Oktyabr 2025 11:38 (UTC +04:00)

Bakı. Trend:

Tailand Krallığı sabiq kraliça Sirikitin vəfatı ilə əlaqədar bir illik matəm elan edib.

Trend xəbər verir ki, bu barədə krallıq sarayının bəyanatında qeyd olunub.

Qeyd edək ki, ötən gün 93 yaşında vəfat edən Sirikit uzun müddət xəstəliklərlə mübarizə aparıb və 2019-cu ildən xəstəxanada müalicə alırdı.

Sirikit mərhum kral Bhumibol Adulyadejin həyat yoldaşı idi. Onun oğlu Maha Vajiralonqkorn isə hazırkı Tailand kralıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti