...

Kenan Yıldız karyerasını "La Liqa"da davam etdirə bilər

İdman Materials 25 Oktyabr 2025 17:36 (UTC +04:00)
Kenan Yıldız karyerasını "La Liqa"da davam etdirə bilər

Bakı. Trend:

"Yuventus"un futbolçusu Kenan Yıldız karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Real" türkiyəli vingerin xidmətində maraqlıdır.

"Kral klubu"nun baş məşqçisi Xabi Alonso Kenanın transferində israrlıdır. İspan mütəxəssis rəhbərlikdən 20 yaşlı ön xətt oyunçusunun komandaya cəlb olunmasını istəyib. "Real" gənc futbolçu üçün onun klubuna 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 14 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti